Azarkeş qalmaqallı FİFA referisini məhkəməyə verib

Türkiyə Super Liqasının 6-cı turunda baş tutan "Fənərbaxça" - "Beşiktaş" derbisində (2:1) baş hakim Ali Palabıykın mübahisəli qərarları Türkiyə mediasında geniş müzakirələrə səbəb oldu.

Newsport.az-ın məlumatına görə, bu qərarlar məğlub komandanın azarkeşlərini də hiddətləndirib. Bilal Küçükşengün adlı vəkil mərc oyunlarında "Beşiktaş"ın qələbəsinə qoyduğu 50 TL pulun Ali Palabıyıkın ucbatından boşa getməsinə görə məhkəməyə müraciət edib.

Peşəcə vəkil olan Küçükşengün hakimin oyuna təsir göstərən qərarlarına görə ona maddi və mənəvi ziyan vurduğunu iddia edərək təzminat tələb edir. O, matçın videoyazısında səhvlərin adın ortada olduğunu bildirməklə şikayətini haqlı hesab edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right