“Qarabağ”ın rəqibi yeni transferini rəsmən açıqladı FOTO

İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) Dieqo Kostanın transferini rəsmən açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “Çelsi”nin baş məşqçisi Antonio konte ilə problemlər yaşayan və təxminən 1 ildir forma geyinə bilməyən ispaniyalı hücumçu transfer qadağası səbəbilə “Atletiko”nun heyətində yanvar ayından oynaya biləcək.

28 yaşlı oyunçu Madrid təmsilçisində 18 nömrəli formanı geyinəcək.

Kosta müqaviləni imzaladıqdan sonra verdiyi açıqlamada xoşbəxt olduğunu deyib: “Evə qayıtdığım üçün xoşbəxtəm. “Atletiko” mənim evimdi. Komandaya qatılmaq və xeyir vermək üçün səbrsizlənirəm. Hər zaman olduğu kimi komandam üçün əlimdən gələni etməyə hazıram”.

Əlavə edək ki, “Atletiko” “Qarabağ”la Çempionlar Liqasında eyni qrupda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right