PSJ-dən Sançes üçün 11 milyon avro

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin Aleksis Sançesə olan marağı davam edir.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi çilili futbolçu üçün 11 milyon avroluq imza pulunu ödəməyə hazırdı.

Yay transfer dönəmində 28 yaşlı hücumçu “Mançester Siti”yə keçməyə yaxın olsa da, Tomas Lemarın “Arsenal”a transferi baş tutmadığından Sançes Londonda qalmışdı. Bildirilir ki, “topçular”la sözləşməsi mövsümün sonunda bitəcək Aleksis Sançesin transfer məsələsində “Mançester Siti”yə nisbətən PSJ daha üstün tərəfdi.

O da qeyd edilir ki, həftəlik 400 min funt-sterlinq maaş tələb edən futbolçuya Fransa klubu bu məbləği ödəmək istəmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right