Antonio Konte: “İtaliyaya qayıtmaq istəyirəm”

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin italyan baş məşqçisi Antonio Konte ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis çox vaxt itirmədən İtaliyaya qayıtmaq istədiyini bildirib: 
“Hər kəs İtaliyaya nə qədər böyük ehtirasla bağlı olduğumu bilir. Şübhəsiz ki, oranı çox sevirəm. Müxtəlif ölkələrdə gözəl təcrübələr qazanmaq xoş bir hissdi, lakin İtaliyaya qayıtmaq mənim həmişə son hədəfim olub”.

Baş məşqçi İtaliya üçün çox darıxdığını deyib: Hədəfim bir layihəni, o biri doğru layihəni tapmaq və çalışmaqdı. Onu da demək istəyirəm ki, İtaliya üçün darıxdığım bilinən bir həqiqətdi”.

Çində çalışmaq istəmədiyini deyən “zadəganlar”ın baş məşqçisi gələcəkdə idman direktoru ola biləcəyini də vurğulayıb.

Xatırladaq ki, Antonio Kontenin London təmsilçisi ilə 2019-cu ilə qədər müqaviləsi var.

Onu da əlavə edək ki, “Qarabağ” Çempionlar Liqasında “Çelsi” ilə eyni qrupda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right