“Yuventus”un prezidentinə ağır cəza: Futboldan uzaqlaşdırıldı!

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “Yuventus” klubunun prezidenti Andrea Anyelliyə sərt cəza verib.

Newsport.az-ın məlumatına görə, o, 1 il müddətinə futboldan uzaqlaşdırılıb. İK-nın belə qərar qəbul etməsinə klub prezidentinin bilet satışında saxtakarlığa yol verməsi səbəb olub. Buna görə prezidentə 20 min avro dəyərində cərimə də kəsilib.

Federasiya Anyelli ilə yanaşı, klubun digər rəsmilərindən Françesko Çalvo, Stefano Merulyaya da 1 il cəza, 20 min avro cərimə kəsib. “Yuventus”un təhlükəsizlik xidmətinin rəhbəri Alessandro Nikola D'Angelo isə 15 ay müddətinə cəzalandırılıb və 20 min avro cərimələnib.

Saxta biletlərlə oyunları izləyən “Yuventus”un “Ultras” azarkeş qrupunun yer aldığı tribunanın qapadılması iddiası isə İK tərəfindən qəbul edilməyib. Əvəzində Turin klubuna 300 min avro cərimə kəsilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right