Almaniya millisində daha bir itki Yığmamıza qarşı oynamayacaq

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, Benedikt Hövedes sıradan çıxıb. “Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. 29 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right