"Roma"da daha bir itki: Bakıda oynamayacaq

İtaliya A Seriasında mübarizə aparan “Roma” Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, komandanın argentinalı hücumameylli yarımmüdafiəçisi Dieqo Perotti “Udineze”yə qarşı ölkə çempionatının 6-cı turunun görüşündə zədə alıb. 

İlkin məlumata görə, 29 yaşlı futbolçu bu səbəbdən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

İtaliya mətbuatı Perottinin “Qarabağ”la oyunla yanaşı gələn həftənin bazar günü “Milan”a qarşı keçiriləcək matçı da buraxacağını yazıb.

Əlavə edək ki, "Roma"nın hücumçusu Patrik Şik də zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

Xatırladaq ki, ÇL-in ikinci turunun "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right