"Hücumçu qol vura bilməyəndə xoşbəxt olmur" - Paulo Dibala

İtaliya A Seriasın 6-cı turunda “Yuventus”un “Torino”nu 4:0 hesabı ilə məğlub etdiyi oyundan sonra Paulo Dibala açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, sözü gedən qarşılaşmada 2 qol vuran gənc hücumçu yüksək formada olduğunu bildirib: “Əla formadayam. Komanda mənə çox kömək edir. Yaxşı oynayırıq, lakin mövsüm yeni başlayıb. Belə davam etməliyik”.

Bu mövsümdən etibarən 10 nömrəli forma geyinən və cari mövsümdə ölkə çempionatında 10 qol vuran argentinalı ulduz fikirlərinə belə davam edib: “Qol vurmaq möhtəşəmdi, lakin önəmli olan komandayla kubok qazanmaqdı. Üç turnirdə də yolumuza davam etməliyik”.

“Yuventus” forması ilə bu mövsüm 6 oyuna 2 qol vuran İquainə dəstək olan Dibala komanda yoldaşının rahatlamağa ehtiyyacının olduğunu bildirib: “Onun üçün möhtəşəm bir dönəm deyil, çünki forvard qol vura bilməyəndə xoşbəxt olmur. Sadəcə rahatlamağa ehtiyyacı var. Səbrli olsa, yenə qollar vuracaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right