Rauf Əliyev "Kukesi"nin qələbəsində pay sahibi oldu

Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” doğma meydanda “Laçi” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Millimizin üzvü start heyətdə oyuna başlayıb. O, komandasının qələbəsində də xüsusi pay sahibi olub. Belə ki, 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib. Rauf 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right