"Roma" "Qarabağ"la oyuna itki ilə çıxacaq

İtaliya A Seriasında mübarizə aparan “Roma” Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komandanın argentinalı hücumameylli yarımmüdafiəçisi Dieqo Perotti dünən “Udineze”yə qarşı ölkə çempionatının 6-cı turunun görüşündə zədə alıb. 

İlkin məlumata görə, 29 yaşlı futbolçu bu səbəbdən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
İtaliya mətbuatı Perottinin “Qarabağ”la oyunla yanaşı gələn həftənin bazar günü “Milan”a qarşı keçiriləcək matçı da buraxacağını yazıb.

Xatırladaq ki, ÇL-in ikinci turunun "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right