Keniya ev sahibliyindən məhrum edildi

Keniya 2018-ci ildə Afrika Millətlər Kubokuna ev sahibliyi hüququndan məhrum edilib. 

Newsport.az-ın məlumatına görə, turnirin İcraiyyə Komitəsi Qanada keçirdiyi 8 saatlıq toplantının ardından belə qərar qəbul edib. 

Təşkilatın rəsmi saytında verilən açıqlamada bildirilir ki, turnirə hazırlığın ləng getməsi bu qərarın verilməsinə səbəb olub. Söhbət yeni infrastruktur obyektlərin tikinitisi və mövcud olanların yenilənməsindən gedir. Ölkədə qeyri-stabil siyasi mühitin hökm sürdüyü də qeyd olunur. 2018 Afrika Millətlər Kubokunun yeni ev sahibi 15 gün ərzində bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right