“Real” yeni müqavilə imzalamağa hazırlaşır

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) daha bir futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Newsport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” komandanın kapitanı Serxio Ramosla 2020-ci ilə qədər olan müqavilənin müddətini  2021-ci ilə qədər uzatmaq niyyətindədir.

Xatırladaq ki, 31 yaşlı müdafiəçi keçən mövsüm paytaxt təmsilçisinin forması ilə 44 oyuna 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, ötən günlərdə son La Liqa çempionu Dani Karvahal, Kərim Benzema, Marselo və İsko ilə yeni sözləşmə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right