Kamran ehtiyatda qaldı, komandası məğlub oldu

Futbol üzrə Çexiya çempionatının 8-ci turunun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi ehtiyatda qalıb.

Bu nəticədən sonra aktivində 7 xalı olan "Mlada Boleslav" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right