İtaliyalı futbolçu dopinqə ilişdi

Daha bir oyunçu dopinqə ilişdi.

Newsport.az-ın məlumatına görə, bu, İtaliya A seriyasında çıxış edən “Benevento”nun kapitanı Fabio Lusionidi.

Adıçəkilən komandanın 3-cü turda evdə “Torino”ya məğlub olduğu görüşdə Lusioninin analizində anabolic maddə sayılan “Klostebol” aşkar edilib.

İdman məhkəməsi futbolçunun lisenziyasını ləğv edib. O, komandasının qarşıdakı turda “Kratone” ilə matçında iştirak etməyəcək. 29 yaşlı müdafiəçinin 1 ildən 4 ilə kimi cəzalanmaq təhlükəsi var.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna “Şaxtyor”unun kapitanı Dario Srnanın da dopinq testinin nəticələri müsabət çıxmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right