Konte: “Qızınızı Morata ilə evləndirə bilərsiniz”

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin baş məşqçisi Antonio Konte komandanın şərəfini qoruyan Alvaro Morata və Dieqo Kosta ilə bağlı maraqlı açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, Kosta ilə bağlı verilən suallara cavablandıran təcrübəli mütəxəssis: “Təkrar edirəm. Keçmiş haqqında danışmaq istəmirəm. Keçmişin önəmli olmadığını düşünürəm.  Keçmişdə yaxşı ola bilərsən, lakin bu o deməkdir ki, sən keçmişdə qalmısan”.

Alvaro Moratanı tərifləyən italyan baş məşqçi: “Hərtərəfli oyunçu olduğuna görə onu sevirəm. Taktika, texnika və fiziki cəhətdən inkişaf etməlidi, lakin çox qərarlıdı. Davranışları hər zaman möhtəşəmdi. Kübar bir futbolçudu və bunu xoşlayıram. Bitirici zərbə vurmağı çox yaxşı bacarır. Hər an qolu hiss edir və sonunu gətirir”.

Moratanın xarakteri haqqında da danışan Konte: “Həqiqətən yaxşı adamdı. Kübar uşaqdı. Bir qızınız varsa, rahatlıqla Morata ilə evləndirə bilərsiniz. Qızınızla evləndirmək istədiyiniz adamdı”.

Əlavə edək ki, “zadəganlar” Çempionlar Liqasında “Qarabağ” ilə eyni qrupda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right