“Real”a Marselodan pis xəbər

İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Betis”ə qarşı baş tutan oyunun 72 dəqiqəsində zədələnən “Real”ın (Madrid) futbolçusu Marselonun son durumu müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

29 yaşlı oyunçu “Alaves”, “Espanyol”, “Xetafe”, “Borussiya” (Dortmund) və “Tottenhem”ə qarşı keçiriləcək oyunları buraxmalı olacaq.

Qeyd edək ki, “kral klubu”nun heyətində Kərim Benzema, Toni Kroos və Mateo Kovaçiçin də zədəsi var.

Xatırladaq ki, sözü gedən matçda “Real” “Betis”ə 1:0 hesabı ilə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right