PSJ-yə Neymar şoku

Fransa 1-ci Liqasının 7-ci turu çərçivəsində “Monpelye”yə qarşı keçiriləcək oyunda PSJ ulduz futbolçusu Neymarın xidmətindən yararlana bilməyəcək.

Newsport.az-ın məlumatına görə, PSJ təmsilçisinin baş məşqçisi Unai Emeri zədə səbəbindən Neymarı heyətə daxil etməyib.

Təcrübəli mütəxəssisin risk etmədiyi və braziliyalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində gələn həftə “Bavariya”ya qarşı keçiriləcək oyuna tam hazır olmasını istəyir.

Qeyd edək ki, Neymarla birlikdə Anxel di Maria və Xavyer Pastore də zədə səbəbindən heyətə salınmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right