"Bir-birimizi gözüyumulu başa düşürük" Dmitri Nazarov

“Komandamızın hücum xəttinin bu mövsüm  inamlı çıxış etməsi təsadüf deyil".

Newsport.az-ın məlumatına görə, bunu millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. Nazarovun çıxış etdiyi Almaniya II Bundesliqa təmsilçisi "Aue" bu gün öz meydanında “Sandhauzen”i qəbul edəcək. Bu mövsüm çempionatda 2 qol vuran millimizin yarımmüdafiəçisi bugünkü görüş barədə qısaca danışıb. O, komandasında futbolçuların bir-birini çox yaxşı başa düşdüyünü bildirib: 

"Bir-birimizi gözüyumulu başa düşürük. Oyun zamanı kimin necə  davranacağını yaxşı bilirik. Hücum xəttindəki futbolçularımızın  boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq". 

"Aue" - “Sandhauzen” matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

7 turdan sonra “Sandhauzen” 14 xalla turnir cədvəlində 2-ci, "Aue" isə 10 xalla 9-cu yerdə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right