"Real"dan yeni müqavilə

“Real” forma sponsoru olan “Emereyts”lə müqaviləsinin müddətini uzadıb.

Newsport.az-ın məlumatına görə, əvvəlki anlaşmanın başa çatmasına 1 il qalmış yeni müqavilə 2021/22 mövsümünün sonuna qədər artırılıb.

Buna görə madridlilər ildə 75 milyon avro qazanacaq. Bu isə rekorddu. “Real”a kimi forma sponsor üzrə ən çox gəlir əldə edən klub “Şevrolet”lə illik 62 milyon avroya razılaşan “Mançester Yunayted” idi. 

Qeyd edək ki, “Real” 2013-cü ildən “Emereyts” yazılan formalarla meydana çıxır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right