Felipe Luis: "Dünyanın ən yaxşı 3 hücumçusundan birni transfer etmişik"

“Atletiko”nun Dieqo Kostanı transfer etməsi madridlilərin müdafiəçisi Felipe Luisi sevindirib.

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi 28 yaşlı hücumçunun keçidindən sonra dahda da çox uğur qazanacaqlarına inanır:

“Dünyanın ən yaxşı 3 hücumçusundan birni transfer etmişik. Bu böyük uğurdu. Klub tarixində Dieqonun çox vacib yeri var. Şübhəsiz, onun gəlişi ilə daha böyük işlər görəcəyik və o uğura çatmağmıza kömək edəcək”.

Qeyd edək ki, Kosta  “Çelsi”yə 2014-cü ildə məhz “Atletiko”dan keçmişdi. 

Xatırladaq ki, bu keçid yay transfer pəncərəsindən sonra edildiyinə görə hücumçu ən yaxşı halda yanvardan etibarən madridlilərə kömək edə bilər. Belədə o, Çempionlar Liqasının qrupunda “Qarabağ”a qarşı oyunlarda iştirak edə bilməyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right