Obameyanq "Milan" haqda danışdı: "Dortmundda xoşbəxtəm"

Adı böyük klublarla hallanan Pyer-Emerik Obameyanq yayda haqqında çıxan transfer xəbərləri haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, Dortmund “Borussiya”sının hücumçusu haqqında yazılanlarla bağlı bunları deyib. Çin klubundan aldığı təklif barədə “Çindən gələn təklifi ciddi qəbul etmədim, Peşəkarlıqda çox uzaq idilər” fikrini bildirib.

O yayın əvvəlində PSJ-ə keçmək variantının da olduğu etiraf edib: “Yayın əvvəlin PSJ prezidenti Nasserlə tanış oldum. Sonradan Antero Enrike bu klubun idman direktoru təyin edili. Əgər o olmasaydı, mənə transfer təklif edəcəkdlər”.

Sonda 28 yaşlı qabonlu forvard sabiq klubu “Milan” barədə danışıb: “Milan”dan təklif almışdım. Təklifə və proyektlərinə çox maraq göstərdim, amma bəzi səbəblərdən keçidim reallaşmadı. Hazırda Dortmundda xoşbəxtəm”. 

Qeyd edək ki, Obemeyanq 2013-cü ildə “Sent-Etiyen”dən “Borussiya”ya transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right