Federasiya 3 Türkiyə klubunun xallarını sildi

Türkiyənin bəzi klubları ciddi cəzaya məruz qalıblar.

Newsport.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) ölkənin ən üst üç liqasında yarışan klublara həm milli, həm də beynəlxalq lisenziyaların verilməsi ilə bağlı qərarını açıqlayıb.

Bəzi komandalar qoyulan şərtləri yerinə yetirə bilməyərək beynəlxalq lisenziya almayıblar. Hətta bəzi klublar onlara vaxt qoyulmasına rəğmən şərtlərə əməl emədikləri üçün ciddi cəzaya məruz qalıblar.

Belə ki, TFF 8 klubun - “Balıkesirspor”, “Bucaspor”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Karşıyaka”, “Kocaeli Birlikspor”, “Manisaspor” və “Mersin İdmanyurdu”nun hesabından 3 xal silib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right