"Ümid edirəm ki, həmin matçın iki iştirakçısından biri biz olacağıq" Simeone

İspaniya La Liqasının 5-ci turunda səfərdə “Atletik”i məğlub edən (2:1) “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında vacib qələbə qazandıqlarını deyib:

“Futbolçularım arasında yaxşı rəqabət var və bu, komandanın xeyrinədi. Tempi itirməmək üçün burda qalib gəlmək çox vacib idi”.

Simeone UEFA-nın Çempionlar Liqasının 2018/19 mövsümünün həlledici oyununun kluba məxsus “Vanda Metropolitano” stadionunda keçirilməsi ilə bağlı qərarını da şərh edib. O, həmin finalın iştirakçısı olmağı arzuladğını deyib:

“Yeni stadionumuzun ÇL-in 2018/19 mövsümünün final oyununu qəbul edəcəyinə görə çox şadam. Ümid edirəm ki, həmin matçın iki iştirakçısından biri də biz olacağıq”. 

Qeyd edək ki, “Vanda Metropolitano” stadionu Bakı Olimpiya Stadionu ilə mübarizədən qalib ayrılaraq ÇL-in final oyununu keçirmək hüququ qazanıb. Həmçinin, “Atletiko” ÇL-in qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right