Neymardan geriyə addım: Üzr istədi

Fransa 1-ci Liqasının 6-cı turunda “Lion”la qarşılaşmda penalti zərbəsinə görə komanda yoldaşı Edinson Kavani ilə mübahisə edən Neymar geri addım atıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı hücumçu PSJ-nin bugünkü məşqindən qabaq komanda yoldaşlarını yanına çağırıb və “Lion”a qarşı keçirilən matçdan sonra paltardəyişmə otağında da davam edən mübahisəyə görə peşman olduğunu bildirib.

Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.

Paris təmsilçisinin baş məşqçisi Unay Emeri isə bu gün verdiyi açıqlamada hadisənin mətbuat tərəfindən çox böyüdüldüyünü deyib: “Neymarla Kavani arasında yaşanan hadisələr mətbuat tərəfindən çox böyüdülür. Bu mübahisənin komandadakı müsbət atmosferə təsir etməyib”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right