"Qəbələ" kubokun qalibi oldu

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə “Koreya səfiri kuboku” na yekun vurulub.

Newsport.az-ın məlumatına görəAzərbaycan Taekvondo Federasiyası və Cənubi Koreya respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış edib. “Qəbələ”nin dörd taekvondoçusu dördü çıxış etdiyi çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda hesabında da “Qəbələ” 1-ci yeri tutub. Oğlanların mübarizəsində Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində turnirin qalibi adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right