Bakıda keçiriləcək final matçının vaxtı açıqlandı

Xəbər verdiyimiz kimi, UEFA bu gün 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların adlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ÇL-in finalı Madriddəki “Vanda Metropolitano” arenasına, AL-in həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park” Arenada keçiriləcək.

Qitənin ali futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də açıqlayıb. UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Super Kubok görüşü 2019-cu ilin 14 avqustunda baş tutacaq. Bakıda keçiriləcək AL-in finalı mayın 29-na təyin olunub. ÇL-in həlledici matçı isə iyunun 1-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right