"Real"a iki şad xəbər

İspaniya La Liqasında mübarizə aparan "Real"ın "(Madrid) şərəfini qoruyan Kriştianu Ronaldo cəzasını başa vurub.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı ulduz 5 oyunluq ayrılıqdan sonra yenidən komandası ilə birlikdə matça çıxa biləcək.
Belə ki, İspaniya Super Kubokunun ilk oyununda matçın baş hakimini itələdiyi üçün 5 oyunluq cəzaya məruz qalan futbolçu nəhayət bu gün oynanılacaq “Betis”lə görüşün iştirak ərizəsinə daxil edilib.
“Levante” ilə qarşılaşmada cəzalanan "kral klubu"nun digər oyunçusu Marselo da artıq komandaya qayıdıb.
Qeyd edək ki, “Real” – “Betis” oyunu bu gecə saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right