Eratlı “Duysburq” səfərdə xal itirdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi  “Duysburq” da növbəti matçına çıxıb. 

Sözügedən komanda səfərdə “İnqolştadt”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, 71-ci dəqiqədən etibarən mübarizəyə qoşulub.

Qeyd edək ki, “Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right