"Barselona" Koutinyonun qiymətini açıqladı

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın prezidenti Xosep Bartomeu Filipe Koutinyonun transferinin reallaşmamasının səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, İspaniyanın “TV3” kanalına müsahibə verən prezident “Liverpul”un təklif olunandan daha çox məbləğ tələb etdiyini vurğulayıb:
“Transfer məbləğərinin çox yüksək olduğunu bilirik, lakin “Liverpul”a təklifimiz bonuslarla birlikdə 120 milyon avro idi. “Mersisaydlılar”ın isə istədiyi məbləğ 200 milyon avro idi”.

Xatırladaq ki, “Barselona” yay transfer dönəmində braziliyalı futbolçu üçün “Liverpul”a bir neçə dəfə təklif göndərsə də, oyunçunun keçidi baş tutmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right