Nazarovun komandası qələbə qazandı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. 

Sözügedən komanda səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb - 2:0.

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək oynayıb.

Qeyd edək ki, “Ersgebirge” geridə qalan 7 turda 10 xal toplayıb və 18 klub arasında 8-ci sıradadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right