Almaniya - Azərbaycan matçının biletlərinin qiymətində endirim edildi

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya - Azərbaycan oyununa biletlərin qiymətində endirim edilib.

Newsport.az-ın məlumatına görə, 4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanları 18 avroya, 80 avroluq biletlər isə 60 avroya əldə etmək mümkündür. Bundan başqa, 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala biləcəklər.

Qeyd edək ki,  “Fritz-Valter” stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyunu oktyabrın 8-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right