"Onun kimi futbolçunun yığmada alternativi yoxdu"

Braziliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skolari Neymarla bağlı danışıb. 

Newsport.az-ın məlumatına görə, Skolari Neymarın yoxluğunda yığmanın baş məşqçisi Titenin durumunun çətin olacağını bildirib.

O, bu futbolçunun alternativinin olmadığını vurğulayıb. Skolari 2014-cü ildə də Neymarın əvəzedilməz olduğunu deyib:

“Bəli, bu, 2014-cü ildə də belə idi. Nə vaxt Neymar yoxdu, onda Braziliya futbolu böyük çətinliklə üzləşir. Onun kimi futbolçunun Braziliya yığmasında alternativi yoxdu.

Bu da baş məşqçi üçün müəyyən çətinliklər yaradır. Neymar hansısa səbəbdən olmayanda, onu əvəzləmək olduqca çətindi”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right