Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası

Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı yaşanıb.

Newsport.az-ın məlumatına görə, “Antalyaspor” baş məşqçi Rıza Çalımbay ilə yolları ayırmaq qərarına gəlib.

54 yaşlı mütəxəssisin sabah təşkil olunacaq mətbuat konfransında ayrılıq qərarını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Super Liqada 5 turdan sonra heç bir matçda qələbə qazana bilməyən “Antalyaspor” turnir cədvəlində 3 xalla 16-cı pillədədi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right