Abdullayev oynadı, komandası zirvədəki yerini möhkəmlətdi

Kipr çempionatında IV turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçını keçirib.

Famaqusta təmsilçisi səfərdə APOEL-lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu 30-cu dəqiqədə Viktor vurub. Matça əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub. O, komanda yoldaşı Artimatas tərəfindən əvəzlənib.

Qeyd edək ki, 4 oyundan sonra aktivində 10 xal olan "Anortosis" bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right