Kuarejma 506 günlük sindromu qırdı

Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Beşiktaş” “Konyaspor”u öz meydanında məğlub edib – 2:0.

Newsport.az-ın məlumatına görə, uzun müddətdir penaltidən savayı qol vura bilməyən Rikardo Kuarejma sözü gedən matçda bu sindromu qırıb.

Belə ki, portuqaliyalı vinqer qarşılaşmanın 66-cı dəqiqəsində vurduğu möhtəşəm qolla komandasını 2:0 önə keçirib. Nəticədə bu qol son Avropa çempionunun liqada 506 gündən sonra penaltidən savayı vurduğu ilk qol olub.

Qeyd edək ki, ulduz futbolçunun sonuncu dəfə Super Liqada penaltidən savayı vurduğu qol 2016-cı ilin aprel ayının 16-da “Kayserispor”a qarşı keçirilən oyuna təsadüf etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right