“Beşiktaş” növbəti qələbəsini qazandı

Türkiyə Super Liqasının 5-ci turuna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun son qarşılaşmasında “Beşiktaş” “Konyaspor”u qəbul edib.

Matç “qara qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Beşiktaş” – “Konyaspor” 2:0
QOLLAR:
 Cenk Tosun 10; Rikardo Kuarejma 66

Bu nəticədən sonra “Beşiktaş” 13 xalla 2-ci pillədədi. “Konyaspor” isə 3 xalla 15-ci sırada qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right