Almaniyada baş məşqçi istefası

Almaniya Bundesliqasında baş məşqçi istefası reallaşıb.

Newsport.az xəbər verir ki, "Volfsburq" baş məşqçisi Andris Yonkeri istefaya göndərib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Yonkerin istefasına komandanın Bundesliqada uğursuz çıxışı səbəb olub. Yeni baş məşqçinin adının yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Volfsburq" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right