Millimizin üzvü ağır zədə aldı: "Beyin silkələnməsi şübhəsi var idi"

Azərbaycan millisinin və Ukraynanın "Aleksandriya" klubunun üzvü Pavel Paşyevin Premyer Liqanın IX turunda "Stal"la doğma meydanda keçirilən matçda erkən əvəzlənməsinin səbəbi bəlli olub.

Newsport.az xəbər verir ki, müdafiəçi oyunun 26-cı dəqiqəsində rəqib futbolçu ilə top uğrunda mübarizə zamanı ciddi zədə alıb və oyunu davam etdirə bilməyib.  Bu barədə məlumatın klubun baş məşqçisi Vladimir Şaran verib. 

O, hazırda Paşayevin vəziyyətinin yaxşı olduğunu bildirib: "Pavel ciddi zədə almışdı. Həkimlərin ilkin rəyinə görə, onun beyni silkələnmişdi. Amma indi hər şey qaydasındadır". 

Qeyd edək ki, qarşılaşma "Aleksandriya"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right