"Qarabağ"ın sabiq futbolçusu Avstraliya klubunda

“Qarabağ”ın sabiq futbolçusu Leroy Çorcun yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Avstraliyanın "Melbrun Viktory" klubunda davam etdirəcək. Klubun saytı azad agent kimi bu komandaya keçəcək Leroyla sabah 1 illik müqavilə imzalanacağını yazıb. O, artıq tibbi müayinədən uğurla keçib.

Komandanın baş məşçisi Kevin Maskat Leroyun keçidinə belə münasibət bildirib: "Leroy müsbət keçmişi olan yaxşı oyunçudur. Biz şadıq ki, onu heyətimizə qatırıq".  

Xatırladaq ki, Leroy Corc 2013-15-ci illərdə "Qarabağ"da oynayıb. Ağdam klubundan ayrıldıqdan sonra o, müxtəlif vaxtlarda Türkiyənin "Göztəpə" və "Adana Demirspor" komandalarında çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right