Millimizin üzvü zədələndi

Millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda 9-cu turda Paşayevin sabiq klubu olan "Stal"ı qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

P.Paşayev start heyətdə meydana daxil olub. Ancaq o, 28-ci dəqiqədə zədələndiyi üçün Sergey Starenkiyə məcburi əvəzlənib.

Qeyd edək ki, "Aleksandriya" 9 turdan sonra 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right