Rusiya klubu Samirə ehtiyac duymur

Rusiya 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” səfərdə “Kuban Krasnodar” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Fakel" geridə qalan turlarda topladığı 12 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right