Kamran Ağayevin klubu növbəti qələbəsini qazandı

Futbol üzrə Çexiya çempionatında 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Slovaçko” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ayrılıb - 1:0.

Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə ehtiyatda qalıb.

Geridə qalan turlarda 7 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right