"Mançester Siti"dən qol yağışı

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, "Mançester Siti" səfərdə "Uotford"un qonağı olub. Qarşılaşma "şəhərlilər"in 6:0 hesablı qələbəsiylə başa çatıb.

Bu qələbə nəticəsində xallarını 13-ə yüksəldən "Mançester Siti" turnir cədvəlinin zirvəsinə yüksəlib.

"Uotford" - "Mançester Siti" 0:6

QOLLAR: Aquero, 28, 31, 81, Qabriel Jesus, 37, Otamendi, 63, Sterlinq, 89

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right