Qvardiola: "Mbappenin Messi və Ronaldo səviyyəsində futbolçu olmağı çox çətindi"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Monako"nu PSJ-yə dəyişən Kilian Mbappe haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis gənc futbolçunun heç vaxt Lionel Messinin və Kristiano Ronaldonun səviyyəsinə çata bilməyəcəyini deyib. Heç kəsin Messinin səviyyəsində ola bilməyəcəyini bildirən Qvardiola " Mbappe bəlkə də yüksək səviyyəli futbolçu ola bilər, ancaq Messi ya da Ronaldo səviyyəsində olmağı çox çətindi. Çünki onların son 10-12 ildə nələr etdiyini görürük" söyləyib.

46 yaşlı çalışdırıcı Messi haqda sözlərinə daha sonra belə davam edib:

"Messi hər mövsüm 60-70 oyuna çıxır. Zədələnmədən, istirahət etmədən, performansını düşünmədən bunu bacarır. Çünki vücuduna çox yaxşı nəzarət edir. Buna görə də 3 gündən bir oyuna çıxmaq onun üçün problem yaratmır".

Qvardiola Mbappe barədə "Onun üzərində basqı yaratmaq düzgün deyil. Mbappe tam başqa bir futbolçu olacaq. Ancaq üzərində təzyiq yaratsaq, buna bacarmaz. Buna görə də onu sərbəst buraxmalıyıq. İmkan verin, möhtəşəm karyeraya sahib olsun" deyərək fikirlərini yekunlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right