“Arsenal” “Mançester Yunayted”i təqlid etməlidi” Con Hartson

Con Hartson sabiq klubu “Arsenal” haqqında “Daily Star”a danışıb.

Newsport.az-ın məlumatına görə, Hartson “topçular”ın İngiltərə Premyer Liqasında işinin çətin olduğunu vurğulayıb:
“Arsenal”ın turnir cədvəlinin ilk 4 pilləsinin birində qərarlaşması müəmmalıdı. “Mançester Yunayted” və “Liverpul” transferlərə çox pul xərclədi. Keçən mövsümün çempionu “Çelsi” və Joze Mourinyolu “Mançester Yunayted” favoritlər arasındadı”.

Con Hartson açıqlamasında “Arsenal”ın “Mançester Yunayted”dən nümunə götürməli olduğunu deyib: 
“Arsenal” Avropa Liqasını qazanaraq Çempionlar Liqasına yüksələ bilər. London klubu Avropa Liqasına ciddi yanaşmalıdı”.

Qeyd edək ki, Con Hartson 1995-1997-ci illər arasında “Arsenal”da çıxış edib. O, “topçular”ın forması ilə 51 matçda oynayıb və 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right