“Benfika” sabiq futbolçusuna təklif göndərib

Portuqaliya Super Liqasında mübarizə aparan “Benfika” sabiq futbolçusu Simau Sabrozanı klubun beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirmək istəyir.

Newsport.az-ın məlumatına görə, artıq “Benfika” karyerasını Hindistanın “Nort-İst Yunayted” klubunda sonlandıran Sabrozaya öz təklifi göndərib.

Simaunun gələn təklifə müsbət yanaşdığı bildirilir.Tərəflər arasında danışıqlar yekunlaşdıqdan sonra klubun rəsmi açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, Simau Sabroza 2001-2007-ci illər arasında “qartallar”ın şərəfini qoruyub.

Qeyd edək ki, “Benfika” klubu daha əvvəl bu vəzifəyə əfsənəvi oyunçularından biri Nuno Qomeşi gətirmək istəsə də, o bu təklifi qəbul etməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right