DÇ-2018-in biletləri satışa çıxarılır

Gələn il Rusiyada keçiriləcək DÇ-nin biletləri sabahdan satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, mundialı yerində izləmək istəyən azarkeşlər sabah saat 12-dən etibarən bilet üçün müraciət edə bilərlər. Biletlər xarici vətəndaşlar üçün 88-922 avro aralığında olacaq. Rusiya isə təşkilatçı olduğundan bu ölkənin vətəndaşları 18 avrodan başlayan qitmətlərlə satılacaq.

Bilet almaq üçün 2 ayrı vaxt nəzərdə tutulub. Sabahdan etibarən satışa çıxarılan biletlər oktyabrın 12-nə kimi davam edəcək. Bu müddətə kimi müraciət edənlər FİFA-nın saytında anketləri doldurmalıdı. Oktaybarın 16-da isə anketləri dolduran azarkeşlər arasında lotoreya oynanılacaq və kimlərin biletə sahib olduğu bilinəcək. 
İkinci satış dövrü isə dekabrın 5-də başlayacaq. Son anda isə 18 aprel-15 iyun 2018-ci tarixlərində də bir qisim biletlər satışa çıxarılacaq.

Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyul tarixlərində baş tutaca

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz