“Beşiktaş”ın yeni transfer hədəfi

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” hücum xəttini daha da gücləndirmək üçün çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qara qartallar” ABŞ-ın “Orlando Siti” klubunun şərəfini qoruyan Kayl Larin ilə maraqlanır.

İstanbul təmsilçisinin qış transfer dönəmində 22 yaşlı futbolçu üçün danışıqlara başlayacağı bildirilir.

Kanadalı hücumçu ilə İngiltərənin “Lids Yunayted” klubu maraqlansa da, Larinin “Beşiktaş”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Larin ABŞ liqasında keçən mövsüm 17 oyuna 8 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz