Məşhur menecer: "Dibala "Yuventus"dan ayrılacaq"

Məşhur menecer Mino Raiola İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un futbolçusu Paulo Dibala ilə bağlı açıqlamalar verib.

Newsport.az saytının məlumatın görə, Donarumma, İbrahimoviç, Pol Poqba, Mario Balotelli kimi futbolçuların meneceri olan Mino Raiola argentinalı ulduz Paulo Dibalanın “Yuventus”dan ayrılacağını deyib:

“Məncə, Dibala “Yuventus”dan ayrılacaq. Bu yaşda komandaya belə liderlik etməsi asan deyil. Onu “Real” (Madrid), “Mançester Siti” və ya “Mançester Yunayted”də oynarkən izləyə bilərik”.

Xatırladaq ki, yayda adı tez-tez “Barselona” ilə hallanan 23 yaşlı hücumçunun “Yuventus”la 2022-ci ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right