“Herta” – “Verder” matçında əlamətdar hadisə

Bu gün Almaniya Budesliqasının 3-cü turu çərçivəsində keçirilən “Herta” – “Verder” matçı əlamətdar hadisə ilə yadda qalıb.

Newsport.az saytının məlumatın görə, ilk dəfə Almaniya çempionatının matçını qadın hakim idarə edib.

Görüşün baş hakimi 38 yaşlı Bibiyana Steynhaus idarə edib. Bununla da o, tarixə düşüb. 1999-cu ildə hakim karyerasına başlayan Steynhaus, 2005-ci ildən FİFA bayrağı altında keçirilən oyunları da idarə edir. 

Qeyd edək ki, “Herta” – “Verder” matçı 1:1 hesabı ilə başa çatıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right